Əhaliyə XƏBƏRDARLIQ – Bu halda qazlarınız KƏSİLƏCƏK

“Azəriqaz” İstehsalat Birliyi qaz təchizatı ilə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə texniki müayinələrə start verib.

İctimai Rəy xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, müayinələr zamanı texniki şərtlərdən kənara çıxan hallar və standartlara uyğun olmayan qaz cihazlarının istifadəsi və quraşdırılması yoxlanılır.

Texniki müayinələr abonentlərin təhlükəsizliyini təmin etmək və onları gələcəkdə dəm qazından boğulma və digər təhlükələrdən qorumaq məqsədi daşıyır.

“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının fəaliyyətinə şərait yaratmayan şəxslərin mənzillərinə qaz verilişi dayandırılacaq.

Ətraflı süjetdə:

Comments are closed.

Tərcümə »