Simonyandan ŞOK AÇIQLAMA: Rusiyaya ehtiyacımız yoxdur!

İrəvan çətin ki, Rusiyanın Bakı ilə danışıqlarda vasitəçiliyini qəbul etsin.

Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Məncə, bu, mümkün deyil. Əlbəttə ki, biz hər bir konkret təklifi müzakirə edirik, lakin keçmiş təcrübələr çoxlu pis xatirələr buraxdı. Hələ də cavabını tapa bilmədiyimiz bir çox sualımız var”, – deyə Simonyan bildirib.

Simonyan daha əvvəl bəyan edib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi layihəsinin bir çox bəndləri üzrə razılığa gələ bilib və danışıqlarda müsbət dinamika müşahidə olunub:

“Biz sülh müqaviləsinin ondan çox bəndi üzrə razılığa gəldik. Bu, mənim fikrimcə, hər iki tərəf üçün çox böyük bir qələbədir. İki dövlət arasında ilk hüquqi sənəd imzalanıb. Bizim demarkasiya edilmiş sərhədimiz var. Sərhəd prosesini davam etdirilməsi üçün məntiqlə irəliləməkdəyik. Proses müsbət xarakter daşıyır”.

Simonyan həmçinin bəyan edib ki, Ermənistanla Azərbaycan arasında danışıqlar dalana dirənməyib.

Comments are closed.

Tərcümə »