Meksika körfəzinin adı DƏYİŞDİ

“Google”a məxsus “Google Maps” xidmətinin xəritəsində Meksika körfəzinin adı “Amerika körfəzi” olaraq dəyişdirilib.

Musavat.com xəbər verir ki, müvafiq dəyişiklik barədə “Google” şirkəti açıqlama yayıb.

Bildirilir ki, dəyişiklik “Google” xəritələrində artıq rəsmi olaraq tətbiq edilib və yalnız ABŞ-dakı istifadəçilər yeni adı görəcək.

Bununla belə, digər ölkələrdə istifadəçilər həm “Meksika körfəzi”, həm də “Amerika körfəzi” adlarını eyni vaxtda görəcəklər.

Qeyd edək ki, müvafiq dəyişikliklə bağlı qərar ABŞ prezidenti Donald Tramp tərəfindən qəbul edilib.

Comments are closed.

Tərcümə »