Lavrovun müavini ABŞ səfiri ilə planlaşdırılmış görüş keçirdi

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ səfiri Lin Treysi ilə xaricdəki diplomatik nümayəndəliklərin işi ilə bağlı planlaşdırılmış görüş keçirib.

Bu barədə TASS-a Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Ryabkov ABŞ səfiri ilə planlaşdırılmış görüş keçirib. Görüş xaricdəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyətinə həsr olunub”, – deyə diplomat qeyd edib.//APA

Comments are closed.

Tərcümə »