Türkiyə və Suriya Suriya ordusunun döyüş qabiliyyətini artırmaq məqsədilə birgə fəaliyyət planı hazırlayacaq.
Musavat.com-un məlumatına görə, Türkiyə Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən rəsmiləri bu məsələ ilə bağlı konkret addımların atılacağını bildiriblər.
Qeyd edək ki, bu həftə Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəraa Ankaraya rəsmi səfər edib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək regiondakı təhlükəsizlik məsələlərini müzakirə edib.
Comments are closed.