Türkiyədə maraqlı oğurluq: Kişi üç gün ərzində görün harada gizlənib

Adanada ticarət mərkəzindəki bir zərgərdən 3 kiloqram qızıl və 100 min TL oğurlayan şəxs 3 gün boyunca havalandırma sistemində gizlənməyə çalışıb.

Lakin, o, gecə saatlarında havalandırma kanalından çıxarkən yaxalanıb.

Hadisə fevralın 2-nə keçən gecə Yüreğir rayonundakı bir ticarət mərkəzində baş verib. İddiaya görə, oğru havalandırma şaxtasından mərkəzə daxil olaraq zərgərdən 3 kiloqram qızıl və 100 min TL oğurlayıb.

Oğurluq baş verdikdən sonra həyəcan siqnalı çalınaraq Adana Təhlükəsizlik Müdirliyi Asayiş Şöbəsinə bağlı qruplar hərəkətə keçib. Axtarış aparılmasına baxmayaraq, oğru tapılmayıb.

Havalandırma sistemindən səs eşidildikdən sonra, xüsusi təlim keçmiş itlər ilə axtarışlara başlanılıb. Nəhayət, 3 gün boyunca havalandırma kanalında gizlənən oğru gecə saatlarında çıxmağa çalışarkən tutularaq saxlanılıb.

O, ticarət mərkəzinin Oğurluq və Cibgirliyə Qarşı Mübarizə Bürosu qrupları tərəfindən yaxalanıb.//Milli.Az

Comments are closed.

Tərcümə »