İstanbulda ikimərtəbəli fabrik binasında yanğın baş verib

İstanbulun Başakşehir sənaye zonasında rezin istehsalı fabrikinin ikimərtəbəli binasında yanğın baş verib.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Yanğınsöndürənlər binanın damında köməksiz vəziyyətdə qalan üç nəfəri xilas edə biliblər.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və tibbi briqada gəlib. Yanğının söndürülməsinə 66 nəfər və 19 texnika cəlb olunub.

Yanğının səbəbləri müəyyənləşməyib.

Comments are closed.

Tərcümə »