Ağ Ev ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən bəzi layihələrin siyahısını dərc edib. Siyahıda müxtəlif ölkələrdə həyata keçirilən mübahisəli xərclər diqqət çəkib.
Musavat.com xəbər verir ki, USAID-in maliyyələşdirdiyi layihələr arasında aşağıdakılar var:
- Əfqanıstanda heroin istehsalında istifadə olunan suvarma kanallarının yaradılması və gübrə alınması;
- “Əl-Qaidə” üzvləri üçün 100 min porsiya yemək təmin edilməsi;
- Kolumbiyada “transgender opera” layihəsi;
- Peruda “transgender komikslərin” hazırlanması;
- İrlandiyada LGBTİ mövzulu müzikalın maliyyələşdirilməsi;
- Serbiyada “iş yerlərində bərabərliyin və inklüzivliyin təşviqi” üçün 1,5 milyon dollar ayrılması;
- Vyetnamda elektromobillərin inkişafı üçün 2,5 milyon dollar vəsait xərclənməsi;
- Qvatemalada cinsiyyət dəyişikliyi və “LGBTİ aktivizmi” üçün 2 milyon dollar maliyyə dəstəyi;
- Misirdə turizmin inkişafına 6 milyon dollar ayrılması;
- İnkişaf etməkdə olan ölkələrdə fərdiləşdirilmiş kontraseptivlərə maliyyə dəstəyi.
Açıqlanan bu xərclər ABŞ ictimaiyyətində və beynəlxalq mediada geniş müzakirələrə səbəb olub. USAID-dən bu layihələrin məqsəd və effektivliyi ilə bağlı rəsmi açıqlama gözlənilir.
Comments are closed.