ABŞ bu mövqeyini 1 ay ərzində açıqlayacaq

ABŞ hökuməti İordan çayının qərb sahilinin kimə məxsus olması ilə bağlı mövqeyini önümüzdəki 4 həftə ərzində açıqlamağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahuyla keçirdiyi danışıqlardan sonra birgə mətbuat konfransında bəyan edib.

“Biz bunu bir çox İsrail nümayəndəsi ilə müzakirə edirik. Siz çox yaxşı təmsil olunursunuz və insanlara bu ideya xoş gəlir, lakin hələlik bu mövzuda rəsmi mövqe tutmamışıq. Ancaq növbəti 4 həftə ərzində bu mövzu ilə bağlı açıqlama verəcəyik”, – deyə Tramp Vaşinqtonun bu ərazilər üzərində İsrailin suverenliyini tanıyıb-tanımayacağı ilə bağlı suala cavab olaraq bildirib.

Comments are closed.

Tərcümə »