Almaniya kansleri Olaf Şolts ABŞ Prezidenti Donald Tramp administrasiyasının Avropa İttifaqına (Aİ) qarşı rüsumlar tətbiq edəcəyi təqdirdə Vaşinqtona qarşı cavab rüsumlarına hazır olduğunu açıqlayıb.
Bu barədə “Financial Times” yazıb.
“Olaf Şolts Avropanın Trampın tətbiq etdiyi istənilən tarifə sərt reaksiya verəcəyini və alternativ ticarət yolları axtaracağını bildirib”, – məqalədə qeyd olunub.
Almaniya kansleri vurğulayıb ki, həm ABŞ, həm də Avropa üçün ticarət faydalıdır və tariflərin tətbiqindən hər iki tərəf zərər görəcək.
Bundan əvvəl Donald Tramp bildirmişdi ki, avropalılar ABŞ-dən istifadə edir və bu səbəbdən Vaşinqton Avropadan idxal olunan mallara əlavə rüsumlar tətbiq etməkdə qərarlıdır. O, bunun yaxın gələcəkdə mütləq baş verəcəyini söyləyib.\\report.az
Comments are closed.