Aleksey İsayev “Qarabağ”dan ayrıla bilər. “Sabah” keçmiş futbolçuçusunun xidmətində maraqlıdır.
“Bayquşlar” yarımmüdafiəçinin mümkün transferi ilə bağlı “köhlən atlar”ın qapısını döyüb.
Masazır təmsilçisi 29 yaşlı orta sahə oyunçusunu geri qaytarmaq üçün təzminat ödəməyə hazır olduqları barədə qarşı tərəfi məlumatlandırıb.
Yığmanın üzvü 2024-cü ildən Ağdam komandasının formasını geyinir. Onunla 3,5 illik müqavilə imzalanıb.
“Qarabağ” 2020-2023-cü illərdə “Sabah”ın formasını geyinmiş Alekseyi 500 min dollar kompensasiya qarşılığında sıralarına qatıb.
Bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “”Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış etmiş İsayev geridə qalan 1 il ərzində “Qarabağ”da ilk “11-lik”də möhkəmlənə bilməyib.
Millinin oyunçusu bu müddətdə əsasən Premyer Liqada meydana çıxıb, avrokubok matçlarında az-az görünüb./SPORTİNFO.AZ
Comments are closed.