Fransa Seneqaldan qoşunlarını çıxarmağa başlayıb

Fransa Seneqaldan öz qoşunlarını çıxarmağa başlayıb.

“Mareşal”, “Sent-Ekzüperi” və “Kont-Admiral Prote” bazaları artıq Seneqal hərbçilərinə təhvil verilib.

Portal öz mənbələrinə istinadən bildirir ki, fransız hərbi kontingenti sentyabr ayınadək Seneqalı tam şəkildə tərk etməlidir.

Daha əvvəl Seneqal Prezidenti Bassiru Diomay Fay bəyan etmişdi ki, ölkəsi xarici dövlətlərlə hərbi əməkdaşlığın yeni doktrinasına keçəcək və bu doktrina 2025-ci ildən etibarən onların Seneqal ərazisində mövcudluğunun dayandırılmasını nəzərdə tutur.\\report.az

Comments are closed.

Tərcümə »