İlon Maskın ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) cinayətkar, kriminal təşkilat adlandırması bu təşkilata və bu təşkilatın arxasında duran qlobalist-liberal-solçu güclərə böyük zərbədir.
İctimairey.az-a araşdırmaçı junalist Bəybala Mirzəyevin dediyinə görə, Mask bildirib ki, USAID “Amerikaya nifrət edən solçu marksistlərin gürzə yuvasıdır” .
İ.Mask USAID-ə qarşı şok ittiham səsləndirərək bildirib ki, bu qurum dövlətin büdcə vəsaitlərindən istifadə edərək, milyonlarla insanın ölümünə səbəb olan COVID-19 virusunun və digər öldürücü bioloji, bakterioloji elementlərin hazırlanmasını maliyyələşdirib.
Ümumiyyətlə, Trampın və Maskın USAID-ə qarşı açıq hücuma keçməsi inqilabi hadisədir. Bu gedişlə qlobalistlərin bu təşkilatın vasitəsilə dünyada törətdikləri bir çox dəhşətli cinayətlərin üstü açıla bilər.
P.S.
Maskın sözüylə desək, USAID-in ölmək vaxtı yetişib. Bu qurumun “kitabının bağlanması” onun terrorçu Ermənistana müxtəlif layihələr vasitəsilə böyük maliyyə dəstəyi verməsinə də son qoyacaq. Bu mənada ermənilərin USAID-ə görə yasa batmaları anlaşılandır.
Comments are closed.