Putinin Tramp haqqında dediyi sözlər gündəm oldu: “Tezliklə diz çökəcəklər”

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın qısa müddətdə Avropanın elitalarını bir sıraya salacağını deyib.

Musavat.com xəbər verir ki, Rusiya liderinin Tramp haqqında dediyi sözlər dünya mətbuatında gündəm olub.

“Tezliklə onların hamısı sahiblərinin ayağına diz çökəcək, quyruqlarını bulayacaqlar”,-deyə V.Putin bildirib.

Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində Avropadakı siyasətçilərin əməlləri ilə bağlı açıqlamalar verib: “Fransanın keçmiş prezidentləri Şarl de Qoll, Fransua Mitteran, Jak Şirak, Almaniyanın keçmiş baş nazirləri Villi Brandt, Helmut Kol və Gerhard Şröder dünya siyasətinin aparıcı simalarından olub və öz baxışları uğrunda mübarizə aparıblar. Artıq Avropada ixtisaslı siyasətçi qalmayıb. Bəzən baş verənləri heyrətlə izləyirik. İndiki siyasətçilər təhsilsizdirlər və bilmədikləri işlərlə məşğul olurlar. Bu, Avropa vətəndaşlarının maraqları üçün böyük bəladır”.

Avropanın elitaları ilə ABŞ prezidenti Donald Tramp arasında böyük bir “gərginlik” olduğunu bildirən Putin daha sonra bunları deyib: “Biz Bayden dövründə Avropada yüksək vəzifələrdə olan insanların Vaşinqtonun sifarişlərini həvəslə yerinə yetirdiyini görürdük. Lakin Trampı bəyənmədikləri üçün onunla mübarizə apardılar və ABŞ-nin siyasi həyatına və seçki proseslərinə ciddi şəkildə müdaxilə etdilər. Tramp seçkiləri qazananda çaşqınlıq içində idilər. Tramp öz xarakteri və qətiyyəti ilə onları (Avropa elitalarını) çox qısa müddətdə nizama salacaq. Tramp tezliklə onların hamısına hakim olacaq. Bu, çox qısa müddətdə baş verəcək və hər şey yaxşı olacaq”.

Comments are closed.

Tərcümə »