İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez Ukraynanın bu müharibədə məğlub olacağı təqdirdə mövcudluğunu itirəcəyini bildirib.
“Ukrayna ilə bağlı Ukraynasız heç nə həll edilə bilməz. Avropanın təhlükəsizliyi ilə bağlı isə avropalılar olmadan qərar vermək mümkün deyil”, – deyə o vurğulayıb.
Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, əgər Rusiya bu müharibəni uduzarsa, sadəcə bir müharibəni uduzmuş olacaq. Lakin Ukrayna məğlub olarsa, onun mövcudluğu sona çata bilər.
Albarez bu fikirləri “Europa Press” agentliyinin təşkil etdiyi tədbirdə səsləndirib.
Comments are closed.