Bakının Binəqədi rayonunda yol qəzası baş verib.
Hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
Yəhya Hüseynov küçəsində Kia” markalı nəqliyyat vasitəsinin sürücüsü və “Ford” markalı maşının sürücüsü arasında anlaşmazlıq baş verib.
Surətlə hərkətdə olan nəqliyyat vasitələri kəsişmədə toqquşub. Qəza nəticəsində hər iki avtomobildə olan iki sərnişin ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Avtomobillər deformasiyaya uğrayıb. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib.\\APA
Comments are closed.