2020-ci ildə COVID-19 pandemiyası Uhandakı biolaboratoriyadan sızma ilə başladı və Amerika iqtisadiyyatına 14 trilyon dollara başa gəldi.
Bu barədə Ağ Evin ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kanada, Çin və Meksikaya qarşı ticarət tarifləri tətbiqinin səbəblərini izah etdiyi sənəddə deyilir.
“On milyonlarla insanın ölümünə səbəb olan və ABŞ iqtisadiyyatına azı 14 trilyon dollara başa gələn COVID-19 pandemiyası Çin Kommunist Partiyasının inkar etməyə davam etdiyi Çinin Uhan şəhərindəki laboratoriyada yaranıb”, – Ağ Evin açıqlamasında qeyd olunur.\\“Report”
Comments are closed.