Paşinyan etiraf etdi: Ermənistan Azərbaycanla müharibə üçün pulsuz silahlandırılıb

Ermənistanın baş naziri Nikol Paşinyan etiraf edib ki, ölkəsi uzun illər Azərbaycanla münaqişə fonunda xarici qüvvələr tərəfindən pulsuz silahlandırılıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Ermənistanın silah arsenalının əhəmiyyətli hissəsi əvvəllər heç bir ödəniş edilmədən, faktiki olaraq hədiyyə kimi əldə olunub.

“Bu cür silahlar Ermənistan Silahlı Qüvvələrinin bütün arsenalının təxminən yarısını təşkil edirdi. Və elə bir hal olmayıb ki, biz birbaşa zavoddan yeni silah alaq. Əgər belə hallar olubsa da, – mən audit aparmamışam – bu, çox kiçik miqdarda olub. Hazırda Ermənistan əsasən müasir silahları satın alır,” – deyə Paşinyan mətbuat konfransında bildirib.

Bu silahların hansı dövlət və ya qüvvələr tərəfindən təmənnasız şəkildə verildiyini isə baş nazir açıq şəkildə deməyib. Bununla belə, onun “bunu tapmaq üçün bir cəhd kifayətdir” ifadəsi, Ermənistanı silahlandıran qüvvələrin kimliyi ilə bağlı açıq mesaj kimi qiymətləndirilir.

Comments are closed.

Tərcümə »