Ukraynanın hüquq-mühafizə orqanları Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerova qarşı cinayət işinə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə yerli KİV, o cümlədən “Suspilne” və “İnterfaks-Ukrayna” Ukrayna Milli Antikorrupsiya Bürosunun məlumatlarına istinadla məlumat yayıb.
Korrupsiyaya Qarşı Mübarizə Mərkəzindən bildirilib ki, araşdırma nazir tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə mümkün qanun pozuntularına aiddir. Bununla belə, hələlik istintaqın təfərrüatları açıqlanmayıb.
Yanvarın 24-də Müdafiə Nazirliyinin rəhbəri Ukrayna ordusunun silah təchizatına cavabdeh olan Müdafiə Təchizatları Agentliyinin (DPA) işini yoxlamağa başlayıb. İstintaq çərçivəsində o, agentliyin rəhbəri Marina Bezrukovanı tutduğu vəzifədən uzaqlaşdırıb.
“Suspilne”-nin yazdığına görə, Umerov idarənin hərbi texnikanı şişirdilmiş qiymətlərlə aldığından şübhələnir.
Comments are closed.