ABŞ prezidenti Donald Tramp yetkinlik yaşına çatmayanların cinsiyyətinin dəyişdirilməsi prosedurları üçün federal maliyyələşdirməni qadağan edən sərəncam imzalayıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, indi ABŞ rəsmi olaraq bu cür əməliyyatlara sponsorluq etməyəcək və ya onu təşviq etməyəcək.
Tramp həmçinin bu cür müdaxilələrin qarşısının alınmasına yönəlmiş əlavə tədbirlərin görülməsinə dair göstəriş verib və onların azyaşlıların həyatına qalıcı təsir göstərə biləcəyini vurğulayıb. Sənəddə “uşaqlar” dedikdə 19 yaşına çatmamış şəxslər nəzərdə tutulduğu bildirilir.
Comments are closed.