“Tramp azərbaycanlıları qovur” başlıqlı strimlərlə süni ajiotaj yaratmaq lazım deyil-Bəybala Mirzəyev
Bəzi blogerlər, yutuberlər ABŞ prezidenti Donald Trampın ölkədə qanunsuz yaşayan miqrantlara qarşı mübarizəni gücləndirərək, onları ölkədən deport etməyə başlamasını qəsdən “Tramp azərbaycanlıları qovur” kimi sensasiyon, qışqıran başlıqlarla təqdim edirlər.
Lakin bu, kökündən yanlış təqdimatdır. Trampın azərbaycanlılarla heç bir problemi yoxdur və qarşısına da illah da məhz azərbaycanlıları deport etmək kimi özəl bir məqsəd də qoymayıb.
Sadəcə olaraq Trampın öncədən də elan etdiyi kimi, ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizə Xidməti və digər federal qurumlar ölkənin müxtəlif şəhərlərində sənədsiz yaşayan, müxtəlif qanun pozuntularına yol verən miqrantlara qarşı genişmiqyaslı əməliyyatlar keçirməyə başlayıb.
ABŞ İmmiqrasiya Xidmətindən verilən məlumata görə, hal-hazırda ölkə ərazisində ümimilikdə 1.5 milyondan çox qanunsuz miqrant (meksikalı, kolumbiyalı, çinli, rusiyalı, misirli, erməni və s.) var. Və sözügedən miqrantların arasında təxminən 709 nəfər azərbaycanlının da olduğu bildirilir.
Bu şəxslərin saxlanılaraq ölkəyə deport ediləcəyi gözlənilir. Sənədləri qaydasında olan, ABŞ ərazisində qanuni əsaslarla yaşayan azərbaycanlıları isə heç bir deport-filan gözləmir.
Ona görə də “Tramp azərbaycanlıları qovur” başlıqlı strimlərlə süni ajiotaj yaratmaq lazım deyil.
Araşdırmaçı jurnalist Bəybala Mirzəyev
Comments are closed.