Suriyaya səfər edən ilk lider oldu – FOTO

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Əsəd rejimindən sonra Suriyaya səfər edən ilk lider olub.

Musavat.com xəbər verir ki, Qətər Əmirini Suriya prezidenti Əhməd əş-Şaraa qarşılayıb.

Şeyx Təmim bin Həməd Al Tanini qarşılama mərasimində Suriyanın baş naziri Məhəmməd əl-Bəşir, xarici işlər naziri Əsəd Həsən Şeybani, müdafiə naziri Murhaf Əbu Kasra və Qətərin Dəməşqdəki səfirliyinin çox sayda nümayəndəsi iştirak edib.

Comments are closed.

Tərcümə »