Qrenlandiyanın 85%-i ABŞ-a birləşmək istəmir – SORĞU

“Verian” şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, Qrenlandiyanın 85%-i ABŞ-a qoşulmaq istəmir.

Musavat.com xəbər verir ki, sorğuda iştirak edənlərin yalnız 6%-i bu fikri dəstəkləyib, 9%-i isə cavab verməkdə çətinlik çəkib. Eyni zamanda 45% respondent Qrenlandiyanın Danimarkadan çıxıb ABŞ-a birləşməsini ölkə üçün təhlükə olaraq qiymətləndirir.

Danimarkanın Xarici İşlər Naziri Rasmus Rasmussen isə bildirib ki, Donald Tramp Qrenlandiyanı əldə edə bilməyəcək, çünki bu, BMT Nizamnaməsi ilə qorunur.

Comments are closed.

Tərcümə »