Onlar Paşinyanın seçdiyi kursun yanlış olduğunu düşünür

2025-ci il yanvarın 20-dən 22-dək sorğuda iştirak edən respondentlərin 9,5%-i Ermənistanın düzgün istiqamətdə, 14,7%-i “daha çox doğru”, 19,7%-i “daha çox yanlış”, 38,8%-i “yanlış” istiqamətdə hərəkət etdiyini bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli MPG şirkətinin direktoru, sosioloq Aram Navasardyan jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, 17,2% respondent cavab verməkdə çətinlik çəkib.

Navasardyan qeyd edib ki, ermənilər Ermənistanın əsas problemi kimi təhlükəsizliyi (39,5%), sərhədlərin delimitasiyası (21%), müharibə təhlükəsi (15,6%), iqtisadi çətinlikləri (14%) qeyd ediblər.

Comments are closed.

Tərcümə »