Məşhur markada ÖLÜM RİSKİ: Bazardan çıxarılır

“Lay’s” markalı kartof çipslərinin satışdan çıxarılmasına qərar verilib.

Musavat.com-un xəbərinə görə, ABŞ Qida və Dərman İdarəsi (FDA) həmin çipslərin ölümcül allergik reaksiya riski yaratdığını bildirib.

FDA “Lay’s” markalı çipslərin etiketində qeyd olunmayan süd komponentinin mövcudluğu səbəbindən ən yüksək risk səviyyəsi olan “Sinif I” kateqoriyasında xəbərdarlıq edib.

13 dekabr 2024-cü ildə başlayan geri çağırma prosesində “Lay’s” “Frito-Lay” şirkətinin Oreqon və Vaşinqton ştatlarında satışa təqdim olunan 6 minə yaxın kartof çipsi paketində süd komponenti aşkar edildiyini açıqlayıb.

ABŞ Qida və Dərman İdarəsi riskli məhsulların bazardan tamamilə yığılması üçün prosesi sürətləndirdiyini qeyd edib.

Comments are closed.

Tərcümə »