İsraildə hakimiyyətin BMT-nin Yaxın Şərqdəki Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi ilə əlaqə saxlamasını və agentliyin dövlətin ərazisində fəaliyyət göstərməsini qadağan edən qanunlar qüvvəyə minib.
“Report” xəbər verir ki, İsrail parlamenti (Knesset) qanunları hələ ötən ilin payızında qəbul edib.
Qanuna əsasən cümə axşamından etibarən agentlik İsrail hakimiyyət orqanları ilə, xüsusən də Qəzza zolağına humanitar yardımın çatdırılması məsələsində əlaqə saxlaya bilməyəcək.
Həmçinin vurğulanıb ki, Şərqi Qüds suveren İsrail ərazisi hesab olunduğu üçün BMT agentliyi orada fəaliyyətini dayandırmağa borcludur.
İsrailin xarici siyasət idarəsinin sözçüsü Oren Marmorşteyn özünün “X” sosial şəbəkə səhifəsində yazıb ki, ölkəsi yanvarın 30-dan etibarən agentlik ilə heç bir əlaqə saxlamayacaq.
Comments are closed.