Bakıda mərkəzləşdirilmiş kanalizasiya sistemi qurulacaq – RƏSMİ

“Yaxın gələcəkdə kanalizasiya sisteminə qoşulmada ciddi problem olmayacaq. Bu layihələrin icrası böyük tunellərin kanalizasiya kollekterlərinin inşası ilə bağlı artıq Dövlət proqramı qəbul olunacaq”.

Musavat.com xəbər verir ki, bu sözləri ADSEA-nın sədrinin müşaviri Etibar Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün kanalizasiya sistemi bəlli ünvanlarda mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərmir:

“Bakı şəhərinin kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı ADSEA -nın layihələri əlaqədar qurumlara təqdim olunub.

Bu məsələ Prezident İlham Əliyevin bilavasitə diqqətindədir”.

Comments are closed.

Tərcümə »