Qarabağ və Şərqi Zəngəzura 5 milyard manata yaxın pul xərclənib

2024-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına dövlət büdcəsindən 4 milyard 828,5 milyon manat vəsait ayrılıb.

İctimai Rəy Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 13,6 % azdır.

Məlumata görə, il ərzində dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə büdcədə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 99,4 %-ni sifarişçi təşkilatlar istifadə edib. O cümlədən, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin 98,5 %-i və yaxud 2 milyard 771,1 milyon manatı istifadə olunub.

Comments are closed.

Tərcümə »