İran Rusiya ilə 20 mülki vertolyotun gecəgörmə sistemli tədarükü ilə alınmasına dair razılığa gəlib.
Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin (IRCS) Xilasetmə və Yardım Təşkilatının rəhbəri Babək Mahmudi məlumat verib.
“4-ü meşə yanğınlarının söndürülməsi üçün nəzərdə tutulmuş gecəgörmə sistemli 20 helikopterin alınması ilə bağlı müqavilə əvvəlki hökumət tərəfindən hazırlanıb, razılıq isə İran prezidenti Məsud Pezeşkianın Rusiyaya son səfəri zamanı əldə edilib Planlaşdırıldığı kimi, təxminən 500 milyon dollar dəyərində komponentləri olan 20 helikopter gətiriləcək və təlimlər təşkil olunacaq”. deyə Mahmudi IRNA agentliyinə açıqlamasında qeyd edib.
Qeyd edək ki, yanvarın 17-də Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian iki ölkə arasında münasibətləri yeni səviyyəyə çıxarmaq, onların strateji tərəfdaş statusunu möhkəmləndirmək məqsədi daşıyan Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilə imzalayıblar. Sənəd müdafiə, terrorizmlə mübarizə, enerji sektoru, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla bütün sahələri əhatə edir.//APA
Comments are closed.