Kolumbiya Xarici İşlər Nazirliyi (XİN) ölkənin ABŞ ilə münasibətlərindəki dalana dirənmiş vəziyyətin həll olunduğunu bildirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik qurumun rəsmi məlumatında deyilir.
“Kolumbiya hökuməti bildirir ki, biz ABŞ ilə münasibətlərdə yaranmış dalana dirənmiş vəziyyəti aradan qaldırmışıq”, – məlumatda bildirilib.
Qeyd edilib ki, XİN başçısı Luis Hilberto Murilyo iş görüşləri keçirmək və s. üçün Vaşinqtona yola düşəcək.
“Biz deportasiya vəziyyətində ölkəyə qayıdan kolumbiyalıları qəbul etməyə davam edəcəyik. Onlara hüquq subyektləri kimi layiqli şərait təmin edəcəyik”, – məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, Prezident Qustavo Petronun rəhbərlik etdiyi Kolumbiya hökuməti ABŞ-dən deportasiya reysləri ilə ölkəyə gəlməli olan həmvətənlərinin qayıtmasını asanlaşdırmaq üçün prezident təyyarəsi göndərməyi planlaşdırır.
Comments are closed.