Ötən il İnterpol vasitəsilə axtarışa verilən 118 şəxsin yeri müəyyən olunub.
İctimai Rəy xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu gün Nazirliyin Kollegiya iclasında deyib.
“Təqsirləndirilən şəxslərin axtarışının nəticələri yaxşılaşaraq 87,9 faiz təşkil edib, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 118 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 65 nəfərin yeri müəyyən olunub”, – o bildirib.
Bundan əlavə, nazir prokurorluq orqanlarının əməkdaşları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edildiyini, 630 fakt üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb olunduğunu, o cümlədən cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşısının alınması və istintaqı kimi mühüm vəzifələrin icrasında böyük bir iş həcminin yerinə yetirildiyini qeyd edib.
Comments are closed.