12 ildən sonra İstanbuldan Dəməşqə ilk uçuş həyata keçirilib

“Turkish Airlines” aviaşirkəti 12 illik fasilədən sonra Suriyaya ilk uçuşunu həyata keçirib. Yerli vaxtla saat 09:00-da İstanbuldan qalxan “Airbus A330” təyyarəsi saat 11:35 radələrində Dəməşq hava limanına eniş edib.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Suriyaya uçuşlar həftədə üç dəfə həyata keçiriləcək.

Comments are closed.

Tərcümə »