Mahsun da qızı ilə birgə yanğın olan hoteldə olub

“İki gün əvvəl qızımla semestr tətilində gəldiyimiz Kartalkayada gecə yarısı yanğın səsinə yuxumuzdan oyandıq. Böyük panika və ümidsizlik var idi. Ətraf sözün əsl mənasında həyat bazarına çevrilmişdi. Uşaqların və qadınların qışqırtıları eşidilirdi. Nə baş verdiyini anlamağa çalışarkən o dəhşətli anlar qan dondururdu”.

Bizim.Media xəbər verir ki, bunu türkiyəli müğənni Mahsun Kırmızıgül Bolu bölgəsinin Kartalkaya xizək mərkəzindəki hoteldə baş verən yanğınla bağlı paylaşımında yazıb.

“Allahdan həyatını itirənlərə rəhmət, yaralananlara isə şəfa diləyirəm. Belə dramatik bir atmosferdə insanların çarəsizliyinə şahid olmaq mənə həyatın necə kövrək olduğunu bir daha xatırlatdı.

Bu faciəvi hadisə məni çox sarsıtdı. Qızımla o dağdan çıxanda qızımın ağzından çıxan sözlər ürəyimi parçaladı: “Ata, orda çox adam öldü, hə?” Qızım bunu deyəndə ürəyim qan ağladı.

Kartalkayanı tərk edərkən keçirdiyimiz kədəri təsvir etmək həqiqətən mümkün deyil. Burada baş verənlərin izləri uzun müddət yaddaşımızdan silinməyəcək. Allah bir daha heç kəsə belə ağrı yaşatmasın.

Lakin təəssüflər olsun ki, hər bir fəlakətdə olduğu kimi, məndə də böyük narahatlıq var ki, cavabdehlər öz məsuliyyətsizlikləri ilə baş-başa qalacaqlar.

Təəssüf ki, ölkəmizdə baş verən bu cür faciələrdən kifayət qədər dərs alınmır. Zəng edib soruşan bütün dostlarıma təşəkkür edirəm”, – Mahsun paylaşdığı videonun şərh bölməsində yazıb.

Qeyd edək ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzindəki hoteldə yanğınla nəticələnən partlayış baş verib.

Hadisə nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.

Comments are closed.

Tərcümə »