“Fənərbağça” klubunun 2014-cü il təvəllüdlü idmançısı Vedia Nil Apak və anası Bolu Kartalkaya Xizək Mərkəzinin hotelində baş verən yanğın nəticəsində həyatını itirib.
Bu barədə “Fənərbağça” klubu rəsmi açıqlama yayıb.
Klubun açıqlamasında bildirilir ki, Bolu Fənərbağça Dərnəyinin sədr müavini və konqres üzvü Rıfat Doğanın həyat yoldaşı Ceren Yaman Doğan və qızı Lalin Doğan da bu faciəvi hadisənin qurbanı olub.
Hadisənin baş verdiyi Bolu Kartalkaya Xizək Mərkəzinin otelində ümumilikdə 66 nəfərin həyatını itirdiyi, 51 nəfərin isə yaralandığı bildirilib./Milil.Az/
Comments are closed.