Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri Əlisahib Hüseynov və komitə üzvləri 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
AHK mətbuat xidməti xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzülüb, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, dualar oxunub.
Allah 20 Yanvar və bütün Vətən şəhidlərinə rəhmət eləsin!
Comments are closed.