Fatih Terimə edilən zarafat gündəm oldu

Türk mütəxəssis Fatih Terimin çalışdırdığı “Əl-Şəbab” Səudiyyə Ərəbistanı çempionatının 15-ci turunda “Əl-Riyad”a qalib gəlib – 2:1.

Komanda 72-ci dəqiqəyədək 0:1 hesabı ilə geridə olsa da, sonda 3 xal qazanmağı bacarıb.

“Əl-Şəbab”ın qələbə qolunu 90+7-ci dəqiqədə Abderrazak Hamdallah vurub.

O, qolu qeyd edərkən Fatih Terimlə zarafatlaşıb. 25 yaşlı hücumçu mütəxəsssin üzünə su atıb. Terim isə bunu gülümsəyərək qarşılayıb.

Həmin anların görüntüləri Səudiyyə Ərəbistanında gündəm olub.\\Yenisabah.az\\

Comments are closed.

Tərcümə »