Azərbaycan XİN Qəzzada atəşkəs elan olunması ilə bağlı bəyanat yayıb

Azərbaycan Xarici İşər Naziriliyi (XİN) İsrail və HAMAS arasında əldə olunan atəşkəslə bağlı bəyanat yayıb.

İctimai Rəy xəbər verir ki, XİN-nin bəyanatında deyilir:

“Azərbaycan Qəzzada atəşkəs və girov razılaşması barədə elanı alqışlayır. Bütün tərəflərin razılaşmaya hörmət edəcəyinə və əzablara son qoyulacağlan ümid edirik. Azərbaycan, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və beynəlxalq ictimaiyyətlə bu məqsəd üçün işləməyə davam edəcək”.

Comments are closed.

Tərcümə »