Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə geniş tərkibdə görüş keçirib.
İctimai Rəy xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat paylaşılıb.
Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar ölçüləri, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlər müzakirə edilib.
Ceyhun Bayramov gürcüstanlı həmkarını münaqişədən sonra regional yenidənqurma, minalardan təmizləmə və sülh səyləri, eləcə də davamlı sülh prosesinə qarşı mövcud problemlər barədə məlumatlandırıb.
Comments are closed.