Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiyanın Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibi Entoni Blinken tərəfindən imzalanması haylar tərəfindən əsl toy-bayram kimi qarşılanıb.
Araşdırmaçı jurnalist Bəybala Mirzəyevin Zafertv.az-a bildirdiyinə görə, onlar sevinməyə tələsiblər. Çünki bu xartiya dövlət başçıları səviyyəsində yox, sadəcə, XİN başçıları tərəfindən imzalanıb.
Üstəlik də, Blinkenin baş diplomatlıq ömrünə cəmi 5 gün qalıb.
Tramp isə patoloji nifrət bəslədiyi Bayden administrasiyasının imzaladığı bir çox sənədləri, anlaşmaları sözün əsl mənasında “şumlayacaq”, təftiş edəcək.
P.S.
Bayden hökuməti bu sənədin imzalanmasını bu qədər yubadıb, ona lap son məqamda qol çəkməklə əslində hayları təhqir etdi. Əlbəttə, əgər dərk edə bilsələr.
Comments are closed.