“Neftçi”də növbəti ayrılıq yaşanıb.
Paytaxt klubu Kilan Lebonla yollarını ayırıb.
Fransız futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2023-cü ilin yanvarında transfer olunmuş Lebon “ağ-qaralar”ın heyətində 73 rəsmi oyun keçirib, 6 qol vurub.
“Neftçi” bundan əvvəl rumıniyalı müdafiəçi Mark Tamaşla yollarını ayırmışdı. (fanat.az)
Comments are closed.