Belçikada etirazçılar “pensiyamdan əl çək” tələbi ilə küçələrə çıxıblar

Brüsseldə gələcək hökumətin sosial xərclərin maliyyələşdirilməsini azaltmasına qarşı etirazlar keçirilir.

“Report” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Belçika Əməkçi Həmkarlar İttifaqları Federasiyasının plakatlarında “Pensiyamdan əl çək!” yazılıb.

Onların fikrincə, hökumət işçilərin pensiyalarına birbaşa həmlə etmək, dövlət xidmətlərində görünməmiş azalma həyata keçirmək” və yalnız pensiyalardan illik təxminən 3 milyard avro qənaət etmək istəyir. Gələcək Nazirlər Kabinetinin fəaliyyəti nəticəsində işçilər pensiyaya çıxdıqdan sonra gəlirlərinin əhəmiyyətli hissəsini itirə bilərlər.

Bildirilib ki, aksiya paytaxtın hava limanının və ictimai nəqliyyatın işində fasilələrə səbəb olub. Xüsusilə, Brüssel hava limanı reyslərinin təxminən yarısının ləğv edildiyini və ya təxirə salındığını bildirib. Milli Dəmir Yolu Nəqliyyatı Şirkəti qatarların sayının azaldılacağını elan edib. Bundan əlavə, Brüssel və Valloniya şəhərlərində avtobusların, tramvayların və metronun işində fasilələr müşahidə olunur.

Comments are closed.

Tərcümə »