İtaliya XİN başçısı Dəməşqə gedir: Romada Avropa nazirlərinin Suriya müzakirəsindən sonra…

İtaliyanın xarici işlər naziri Antonio Tajani yanvarın 10-da Suriyaya gedəcək və orada ölkəyə ilkin inkişaf yardım paketini elan edəcək.

Musavat.com AFP-ə istinadən xəbər verir ki, İtali nazirinin səfəri Suriyanın yeni liderləri ilə görüşmək üçün keçən həftə Suriya paytaxtına səfər edən fransalı və alman həmkarlarının səfərlərindən sonra baş verir.

Tajani İtaliya parlamentində deyib ki, “ərazi bütövlüyünü qorumaq və Suriya ərazisinin terror təşkilatları və düşmən qüvvələr tərəfindən istismarının qarşısını almaq vacibdir”.

İtaliya XİN başçısı yardım elan etməklə yanaşı, Suriyanın keçid hökumətinin “xristianların tam hüquqlu vətəndaşlar kimi rolunu tanıyan və gücləndirən” “inklüziv siyasi proses” həyata keçirməsində israr edəcəyini bildirib. Tajani səfəri öncəsi Fransa, Almaniya, İngiltərə və ABŞ xarici işlər nazirləri ilə görüşərək Suriyadakı vəziyyəti, yeni konstitusiya layihəsinin hazırlanması və Suriya iqtisadiyyatının yenidən qurulmasını gündəmə gətirməyi planlaşdırır. Avropa İttifaqının Xarici Siyasət rəhbəri Kaja Kallasın da Romada keçiriləcək iclasda iştirakı gözlənilir.

Comments are closed.

Tərcümə »