Bələdiyyə seçkilərində “exit poll” keçirilməyəcək

Bələdiyyə seçkilərində “exit poll”un keçirilməyəcəyi müəyyənləşib. 

Bununla bağlı “Report”un sorğusuna cavab olaraq, Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Qeyd edilib ki, “exit poll” keçirmək istəyən təşkilatların akkreditasiyası ilə bağlı ayrılan vaxt müddəti “Təqvim planı”na uyğun olaraq yanvarın 9-da başa çatıb. Bu müddət ərzində hansısa təşkilatın müraciəti qeydə alınmayıb.

Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin olunub.

Comments are closed.

Tərcümə »