ABŞ Prezident Cozef Bayden administrasiyası dövründə Ukraynaya yeni və son yardım paketini elan edib.
İctimai Rəy xəbər verir ki, bu barədə UNIAN saytı məlumat yayıb.
Qeyd edilib ki, paketi Pentaqon rəhbəri Lloyd Ostin elan edib.
L.Ostinin sözlərinə görə, yardımın məbləği 500 milyon dollar təşkil edəcək.
Bu paketə Ukraynanın hava hücumundan müdafiə vasitələri üçün əlavə raketlər, “hava-hava” sinifli raketlər daxildir.
Bundan başqa, F-16 qırıcıları üçün avadanlıq və artilleriya mərmiləri də yardım paketinə daxil edilib.
Comments are closed.