“Qarabağ”ın futbolçusu Olavio Juninyo İspaniyanın “Sevilya” klubuna keçməkdən imtina edib.
İctimai Rəy qafqazinfo-ya istinadən xəbər verir ki, o, Braziliyanın “Flamenqo” klubu ilə anlaşıb.
Bu barədə Uol.com nəşri məlumat yayıb.
Bildirilib ki, Juninyonu “Flmaneqo”ya keçməyə komandanın məşhur məşqçisi Felipe Luis razı salıb. Braziliyalılar forvard üçün “Qarabağ”a 5 milyon avro ödəyəcək.
Juninyo isə “Sevilya”nın təklif etdiyindən 3 dəfə çox maaş alacaq.
Qeyd edək ki, Felipe Luis uzun illər “Atletiko” (Madrid) klubunda çıxış edib.
Comments are closed.