Bəşər Əsədin devrilməsindən sonra Suriyanın ədliyyə naziri təyin edilən Şadi Əl-Vaisinin adı səs-küylü ölüm hökmlərində hallanır.
Musavat.com xarici mediaya istinada xəbər verir ki, “Bild” qəzeti 2015-ci ildə onun ən azı iki qadını “korrupsiya, fahişəlik və zina” ittihamı ilə ölüm cəzasına məhkum etdiyini yazıb.
İnternetdə yayımlanan videolarda hökm oxunduqdan sonra qadınların başından necə güllələndiyi göstərilir. Orada olanlar qadınarın edamını “Allahu əkbər” nidaları ilə qarşıladılar. Suriyanın “Verify-Sy” analitik qrupu vodeokadrların həqiqiliyini təsdiqləyib.
Yeni hökumətin anonim nümayəndəsinin sözlərinə görə, Əl-Vaisinin hərəkətləri o zaman qüvvədə olan qanunlara uyğun olub. O, qeyd edib ki, bu, qanunvericiliyə edilən dəyişikliklər sayəsində “geridə qoyduğumuz bir mərhələdir”.
Bu arada Əhməd əş-Şaraanın başçılıq etdiyi yeni qrup hakimiyyətə gəldikdən sonra daha əvvəl Bəşər Əsəd rejimi ilə əməkdaşlıq etmiş şəxslərin edamını əks etdirən videolar peyda olub. Bu görüntülərin həqiqiliyi hələ ki, təsdiqini tapmayıb.
Comments are closed.