Mehriban Əliyeva Milad bayramı ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə təbrik edib.

İctimai Rəy xəbər verir ki, təbrikdə deyilir:

“Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu əziz bayram günündə bütün xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram! Uca Tanrı edilən bütün duaları qəbul etsin!”.

photo_2025-01-06_21-14-13.jpg (232 KB)

Comments are closed.

Tərcümə »