Fransa prezidenti Emmanuel Makron yanvarın 6-da qeyd edib ki, Rusiya Federasiyası qonşu dövlətlərə qarşı “daha aqressiv” davranır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Makron nümunə kimi Gürcüstanda 2024-cü il oktyabrın 26-da keçirilən parlament seçkilərini göstərib.
Fransa lideri bildirib ki, Moskva Gürcüstanda seçki prosesini pozmağa çalışır.
İrakli Kobaxidze buna cavab olaeaq mediaya verdiyi müsahibədə deyib: “Qoy Fransa prezidenti qurban etdikləri Ukraynadakı vəziyyəti izləsin. Mən əsl problemin nə olduğunu deyirəm”.
Gürcüstanın baş naziri əlavə edib: “Mən yalanları şərh edə bilmərəm. Mən bu gün hamının üzləşdiyi problemi şərh edirəm – bu, dağıdılmış Ukraynadır”.
Comments are closed.