İsrailin “Nagel” komitəsinin hazırladığı hesabatda İsrailin Türkiyə ilə birbaşa münaqişəyə hazırlaşmalı olduğu bildirilib.
Musavat.com xəbər verir ki, İsrailin baş naziri Netanyahu sözügedən hesabatı şərh edib.
“Arenaya yeni qüvvələr daxil olur və gözlənilməz vəziyyətlərə hazır olmalıyıq”,-deyə Netanyahu bildirib.
“The Jerusalem Post”un xəbərinə görə, təxminən 15 il əvvəl İsraildə Baş nazir Benyamin Netanyahunun göstərişi ilə qurulmuş və professor Yakob Nagelin sədrlik etdiyi “Nagel” komissiyasının hazırladığı bu hesabat dünya mətbuatının da gündəmini zəbt edib. Netanyahu, müdafiə naziri İsrael Kats və maliyyə naziri Bezalel Smotriçə təqdim edilən hesabatda “təhdidlərə qarşı hərtərəfli strategiya” məsələsinə geniş yer verilib. İsrailin Türkiyə ilə birbaşa münaqişəyə hazırlaşması lazım olduğu bildirilib.
Hesabatda “Suriya təhlükəsi İran təhdidindən daha təhlükəli bir amilə çevrilə bilər”,-deyə qeyd olunub.
“Yaxın Şərqdə köklü dəyişikliklərin şahidi oluruq. İran uzun müddətdir ki, bizim ən böyük təhdidimizdir, lakin arenaya yeni güclər daxil olur və biz gözlənilməz vəziyyətlərə hazır olmalıyıq. Bu hesabat bizə İsrailin gələcəyini və təhlükəsizliyini təmin etmək üçün yol xəritəsidir”,-deyə Netanyahu sonda bildirib.
Comments are closed.