16 milyon insanın yaşadığı İstanbulun yerləşdiyi Mərmərə dənizi bölgəsində baş verə biləcək zəlzələ nəticəsində 4 milyona yaxın insan həlak ola bilər.
İctimai Rəy oxu.az-a istinadən xəbər verir ki, bu proqnozla Türkiyənin aparıcı seysmoloqu Naci Görür çıxış edib.
“Metropolisin dörd milyona yaxın sakini mümkün zəlzələ qarşısında ölümlə üz-üzədir. Maddi itkilər ağlasığmazdır. İstanbulun aidiyyəti qurumları belə şəhərdəki binaların 60%-dən çoxunun zəlzələyə davamlı olmadığını etiraf edirlər. İstanbuldakı zəlzələ bizi yıxacaq, zarafat etmirəm, əgər Mərmərə bölgəsi dağılarsa, bütün Türkiyə diz çökəcək”, – “Haber Global” alimin sözlərindən sitat gətirib.
O qeyd edib ki, Mərmərə dənizi bölgəsində 10 ildir ki, tektonik qırılmaların tədqiqi aparılır.
Comments are closed.